Trampla Putin görüşüb? – Ukrayna məsələsi...
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə gizli şəkildə görüşdüyü iddia olunur.
İki liderin gizli görüşü Ukrayna-Rusiya müharibəsinin gedişatını hansı istiqamətdə dəyişə bilər?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Hikmət Məmmədov deyib ki, Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası dünya siyasətində mühüm rol oynayan iki nəhəng ölkədir.
O bildirib ki, prezidentlər Donald Tramp və Vladimir Putin arasında görüşün olub-olmaması rəsmi təsdiqlənmirsə, bu barədə sadəcə ehtimallara görə fikir bildirmək mümkündür: "Düşünürəm ki, ilk növbədə belə bir görüşün olub-olmadığı dəqiqləşdirilməlidir. Şübhəsiz ki, belə bir görüş olacaqsa, orada nələrin müzakirə edilə biləcəyi aydındır. İlk növbədə Rusiya-ABŞ münasibətləri, əlaqələrin perspektivi və bu kontekstdə Ukrayna və Şərqi Avropada baş verən hadisələr, ümumi Avropa məsələləri müzakirə oluna bilər. Daha geniş coğrafiya haqqında fikir mübadiləsinin aparılması mümkündür”.
Ayşən Azadova