Ə, haran ağrıyır? - Samir Əlidən SƏRT YAZI
Necə gəldi, necə getdi?
Gecə gəldi, gecə getdi...
Azərbaycan xalqını təhqir etmiş ermənipərəst ABŞ konqresmeni Frank Peloninin ölkəyə gəlib-getməyi həmin bu məşhur mahnını xatırladır adama. Bu erməni pulu ilə yallanıb Azərbaycana hürən “konqresmen” cinsli məxluq nə adla Bakıya gəlib, heç özü də bilmirmiş. Amma Azərbaycan jurnalistləri, QHT rəhbərləri ona xatırladanda anlayıb. Başa düşüb ki, bura ABŞ deyil ki, erməni “tırkası”na gedib, sayıqlasın. Anladı ki, artıq Azərbaycan 90-cı ilin ölkəsi deyil. Azərbaycan qalib ölkədir, Azərbaycan dünyaya öz gücünü, qüdrətini göstərib, nəinki ona.
Deyirlər ki, Peloni Azərbaycana gələn kimi Bakını gəzməyə də vaxt tapıb. Amma gəzəndə peşiman olub. Daim haqqında hədyan danışdığı Azərbaycanın paytaxtını görüb, gözü qamaşıb. Peşiman olub, amma özünü o yerə qoymayıb.
Deyilənə görə, Peloni hava limanında jurnalistlərin suallarından diksindiyi üçün COP brifinqlərində iştirakdan imtina edib. Amma əslində elə deyil. Adam barəsində iftiralar, hədyanlar danışdığı Bakını görüb, utanıb. Ermənilərdən aldığı yalpulunun bəbəyindən gələcəyini düşünüb, ona görə brifinqlərdə iştirak etməyib. Düşünüb ki, nə danışacaq? Baxma da, ABŞ-də isti kürsüdə oturub, ağzına gələni danışıb, özünü erməni lobbisinə göstərib. Burda özünü kimə göstərəcək? Və burda nə danışacaq? Burda hansısa hədyan danışsa, qarşısına fakt qoyacaqlar. “Qatığa qara” desə, qatıq bankası kimi qapağı atacaq axı.
Hə, bir də ən maraqlı məqam odur ki, Peloninin qaldığı otelin panoraması Qənimətlər Parkı, Zəfər Tağı olub. Bir də baxıb ki, yalandan frankladığı “Böyük Ermənistan” mifi düz gözünün qabağındadır. Başlayıb, köməkçisini danlamağa ki, ay mən deyən, niyə mənə oteli burda tutmusan? Axı, mənə ağırdır, bu mənzərəni görmək? Köməkçisi də deyib ki, bu sənlik, mənlik deyil e, ilahi ədalətdi. ABŞ-dən danışmaqdansa gəl, gözünlə gör, hədyan danışan olma, ol gözü ilə görən!
Deməli, bu mənzərədən sonra Frank görüb ki, olmayan vicdanı sızlayacaq, ağrıyacaq, dərhal qərar verib ki, Azərbaycanı tərk etsin. Elə ağrıya-ağrıya da, sabah açılmamış qoyub üstə, düz ABŞ-yə. Gecə gəlib, gecə gedib ki, görən olmasın. Görsəydilər, soruşacaqdılar ki, haran ağrıyır Peloni?
Samir Əli