Close

Tramp bildiyini edəcək – ABŞ-nin Ukraynaya yardımı...

ABŞ-nin hazırkı lideri Cozef Baydenin Ağ Evdəki görüşdə yeni seçilmiş prezident Donald Trampdan Ukraynaya hərbi yardımı kəsməməyi xahiş edəcəyi bildirilir. Tramp Baydenin xahişini yerinə yetirəcəkmi?

Politoloq Fərhad Məmmədov mövzu ilə bağlı TNS-ə bildirib söyləyib ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Tramp hələ ki, tam açıq şəkildə Ukrayna Respubilkası ilə bağlı öz strategiyasını elan etməyib.

“Bayden Trampdan Ukraynaya hərbi dəstəyin miqyasını azaltmamasını istəyəcək. Tramp isə öz bildiyini edəcək. Onun bunu öz siyasətində hansı istiqamətlərdə göstərəcəyini gözləməliyik. Yardım eyni şəkildə davam etdirib-etdirməyəcəyini zaman göstərəcək”, - deyə politoloq bildirib.

Aysən Azadova