"Tramp Putinin agentidir" – Bu faktlar üzə çıxsa...
ABŞ-də prezident seçkilərinin qalibi olmuş Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında gizli razılaşmanın olduğu iddia edilir.
Belə bir şey mümkündürmü?
TNS-in mövzu ilə bağlı sualını cavablandıran deputat Elman Nəsirov bildirib ki, Amerika Birləşmiş Ştatlarında 2016 və 2024-cü ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi barədə dezinformasiyalar çox geniş yayılıb.
Deputat qeyd edib ki, hətta 2016-cı ildə Donald Trampın qalib gəlməsində Rusiya Prezidenti Vladimir Putinin dəstəyinin olduğunu vurğulayırlar: “Deyirlər ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezdenti Vladimir Putinin agentidir. Bu fikrirləri 2020-2024-cü illərdə bəzi Qərb dövlətlərinin liderləri səsləndirdilər. Hesab edirəm ki, belə fikirlər Trampı gözdən salmaq səsləndirilir. İndi də eyni simalar başlayıblar ki, Tramp və Putin birləşə bilər. Bu birləşmə dünya üçün hansısa fəlakətlər gətirər. Bütün bu yanaşmalar yalandır, ABŞ-nin formalaşmış xarici siyasət kursu var. Yeni seçilmiş prezidentlər bu siyasətə müəyyən taktiki dəyişikliklər edə bilər, amma strateji xətt dəyişməz qalır. Ona görə də bir çox dövlət unutmasın ki, ABŞ dünyanın ən güclü, təhlükəsizlik sisteminə malikdir”.
Elman Nəsirov vurğulayıb ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi və digər müvafiq qurumlar Trampın Putinlə yaxınlığını təsdiqləyən bir faktı üzə çıxarsaydı, dərhal ictimailəşdirərdi. Beləliklə, Tramp Prezident seçilməz, hətta onun həbsi reallaşa bilərdi: “Belə bir fakt təsdiqləsə, onu vətənə xəyanətdə ittiham edərdilər. Əgər bunlar baş vermirsə, deməli belə bir fakt, arqument yoxdur. Putin və Trampın çox yaxın münasibətlərinin olması ilə bağlı fikirlər əsassızdır. Yeri gəlmişkən, Putin Trampı təbrik etdi. Rusiya Prezidentinin mətbuat katibi Peskov deyib ki, Rusiyanın ABŞ ilə təması qarşı tərəfin, rəsmi Vaşinqtonun, yeni Administrasiyanın atacağı addımlardan asılıdır. Göründüyü kimi, Putinlə Trampın çox yaxın olması bəzi anti-Tramp dairələrin əsassız uydurmalarıdır. Putin və Trampın dialoqu baş verə biləcəyi təqdirdə bu, yalnız regional və qlobal sülhə, təhlükəsizliyə töhfə vermiş olar”.
Ayşən Azadova