Close

ABŞ-nin İrana gücü çatmayacaq – Trampın addımları...

ABŞ Prezidenti seçilmiş Donald Trampın vəzifəsinin icrasına başladıqdan sonra İranın neft sənayesini hədəfə alan addımlar atacağı iddia edilir.

Belə olacağı təqdirdə, İranın neft sənayesi çökə bilərmi?

TNS-in bu barədə suallarını cavablandıran Almaniyanın "Commerz" Bankının Maliyyə və riskin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalov bildirib ki, Donald Trampın böyük dəyişikliklər etməsi gözlənilir.

O xatırladıb ki, İranın BRICS-ə daxil olmaq ehtimalı yüksəkdir: "Bu yaxınlarda beynəlxalq təşkilatın hətta valyutasının buraxılması gözlənilir. BRICS-ə üzv dövlətlərin əhalisinin sayı dünya əhaləsinin 40 faizindən çoxdur. Qlobal bazarın 17 faizinin həmin təşkilata üzv ölkələrin əlində olduğunu nəzərə alsaq, Trampın tətbiq etmək istədiyi bir çox sanksiya bu dövlətlərə ciddi təsir etməcəyək".

muradc

Murad Calalov deyib ki, BRICS-in həm valyutasının buraxılması, həm də yeni pul köçürmələri sisteminin yaradılması İranı vəziyyətdən çıxarmış olacaq: "Ona görə də Donald Trampın yaratdığı problemlər İranın neft sektoruna bir qədər təsir edə bilər. Çünki neftin barreli hazırda ABŞ dolları ilə hesablanır. Bu səbəbdən müəyyən təsirlər olacaq. Amma böyük tısirsın söhbət gedə bilməz".

Ayşən Azadova