Deputat Trampın seçilməsinin səbəblərini açıqladı
"Donald Trampın Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində qalib gələcəyi gözlənilən idi".
Bunu TNS-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Millət vəkili bildirib ki, Tramp Respublikaçılar Partiyasının şəriksiz və vahid lideridir, hər zaman ABŞ vətəndaşlarının problemlərini həmişə dilə gətirib: “O, həmçinin dünya siyasətində ABŞ-nin mövqeyini ortaya qoyurdu. Demokratlar Partiyasının təmsilçisi Kamala Harrisi isə Baydenin geri çəkilməsindən sonra bir növ əlacsızlıqdan namizədliyi irəli sürülən şəxs idi. O, namizədliyi dövründə Baydenin siyasətini davam etdirəcəyini bildirmişdi. Yəni, yeni fikir ortaya atmamışdı. Bu da ABŞ vətəndaşlarının bir çoxunun Donald Trampa səs verməsinə gətirib çıxardı”.
V. İskəndərov qeyd edib ki, ABŞ-də preizdent seçkilərinə yekun vurulmasa da, artıq Donald Trampın qələbəsi bəllidir: “Artıq ABŞ-nin 47-ci Prezidenti Donald Trampdır. Bir çox ölkə başçısı da onu təbrik edib. Tramp artıq qələbə çıxışında mesajlar da verib və dünyada bütün müharibələrin dayandırılmasına çalışacağını deyib. Bununla yanaşı, o, ABŞ-dəki miqrasiya siyasətində radikal dəyişiklik edəcəyini, miqrantların ölkəyə buraxılmayacağını və daha çox ABŞ üçün çalışacağını bəyan edib”.