Close

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi - MSK-dan açıqlama

Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu il keçirilməyəcək.

Bunu TNS-ə açıqlamasında Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin keçiriləcəyi tarixi bu il noyabrın sonuna qədər açıqlayacaq: “Noyabrın sonuna qədər Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərini elan edəcək. Seçkilərin təyin edilməsi barədə MSK-nın müvafiq qərarı səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir. Bu da o deməkdir ki, növbəti bələdiyyə seçkiləri 2025-ci ilin əvvəllərinə təsadüf edir”.

Sonuncu bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvlərinin səlahiyyət müddətinə gəlincə isə Şahin Əsədli bildirib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, hazırkı bələdiyyələrin səlahiyyət müddəti yeni seçiləcək bələdiyyələrin birinci iclas günü başa çatacaq.