Close

Prezident İlham Əliyev Rusiyada belə qarşılandı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.

Dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Bu, Prezident İlham Əliyevə Rusiyada göstərilən yüksək diqqətin və ehtiramın göstəricisidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin iyul ayında Pakistan İslam Respublikasına dövlət səfəri zamanı Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılamış və enənədək müşayiət etmişdi.

17296741825007018554_1200x630

17296741822201363102_1200x630

1729674182744858639_1200x630