Close

Deputat: “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...”

“ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana da məktub göndərərək, Azərbaycanla sülh müqaviləsini imzlamağına tələsməyə çağırış edib. Bayden məktubunda “Ötən ay Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasında qeyd edildiyi kimi, indi BMT Nizamnaməsinə və onun əsas sülh prinsiplərinə yenidən əməl etməyin vaxtıdır. Daha parlaq gələcək əlçatandır və onu əldən verməmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə qeyd edib.

Burda sual olunur ki, ABŞ Prezidenti niyə məhz indi BMT Nizamnaməsinə və onun prinsiplərinə yenidən əməl etməyin vaxtı olduğunu bildirir?”

Bunu TNS-ə deputat Azər Babamov deyib.

Deputat xatırladıb ki, Azərbaycan dörd il əvvəl bu məsələni tələb edirdi: “Ölkəmiz Ermənistana məhz BMT Nizamnaməsinə uyğun 5 baza prinsipi üzrə sülh təkliflərini göndərmişdi. Amma Ermənistan ABŞ-dıə və Fransadan aldığı birtətəfli dəstəklər sayəsində sülh müqaviləsini bu günə qədər manipulyasiya etməkdə davam edir. ABŞ sülh müqaviləsinin imzlanmasının həqiqətən tərəfdarı olsaydı, Ermənistanın silahlanmasına USAID vasitəsilə 250 milyon dollar yardım göndərməzdi. O cümlədən, Pentaqon generalını Ermənistanın Müdafiə Nazirliyinin Baş Qəragahında yerləşdirməzdi. Həm də Ermənistanı birtərəfli şəkilkdə silahlandırmaz, erməni ordusunda hərbi təlimlər keçirməklə yenidən revanşizm meylləri yaratmazdı. Təəssüf ki, ABŞ-ın sözləri ilə əməlləri uyğun gəlmir”.

azerbadamov

Azər Badamovun sözlərinə görə, Bayden gələn ay ABŞ-də keçirləcək prezident seçkilərində prezidentlik kürsüsünü tərk edəcəyini nəzərə alaraq, özündən sonra sülh carçısı imicini saxlamağa çalışı: “Yenə də fürsətlər böyükdür. Bayden gələn ilin yanvarına kimi prezidentılik vəzifəsini icra etməkdə davam edəcək. Bu baxımdan ABŞ istəsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzlanması prosesini həqiqətən sürətləndirə bilər. Bunun üçün Ermənistana verilən dəstəklər açıq şəkildə dayandırmalı və Paşinyan hakimiyyətini siyasi iradə nümayiş etdirməyinə məcbur etməlidir. Əks halda, Baydenin göndərdiyi məktublar formal xarakter daşıyacaq, Azərbaycanıla Ermənistan arasında süılh müqaviləsinin imzlanması prosesinə heç bir təsiri olmayacaq”.