Close

Zəngəzur dəhlizinin açılması buna görə gecikir

“Zəngəzur dəhlizinin açılması bütün güc mərkəzləri üçün əlverişlidir. Amma güc sahibi olan dövlətlər arasında qəbuledilməz bir nüans var”.

Bu sözləri TNS-ə açıqlamasıda siyasi şərhçi Samir Hümbətov deyib.

O qeyd edib ki, hazırda problem Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsidir: “Zəngəzur dəhlizinə Rusiya, Avropa, ABŞ, Ermənistan, yoxsa başqa şirkət və ya dövlət nəzarət edəcək? Bu məsələdə tərəflər razılığa gələ bilmir. Hesab edirəm ki, hazırkı vəziyyətdə tərəflər Ermənistana təyziq etməklə dəhlizin açılma məsələsini bilərəkdən gecikdirirlər. İstər Qərb ölkələri, istərsə də Rusiya dəhlizin açılmasını istəyir, amma nəzarət məsələsinə görə proses yubanır”.

Siysasi şərhçi hesab edir ki, dəhliz açılacaq, yola nəzarəti isə daha güclü ölkə həyata keçirəcək.

Ayşən Azadova