Close

“Demokratiyadan danışan Fransa müstəmləkəçilik siyasətini davam etdirir”

“BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa Respubilkasının dünyanın müxtəlif yerlərində müstəmləkələri var”.

Bunu TNS-ə deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, dünyada sülhün, beynəlxalq hüququn zəmanətçisi kimi çıxış edən bu Avropa ölkəsi hələ də orta əsrlərdən qalan müstəmləkəçilik siyasətini davam etdirir: “Fransa Respubilkası ona məxsus bölgədə yaşayan xalqların azadlıqlarını zorla əllərindən alır, onların milli azadlıq hərəkatının fəallarını həbs etdirir və ən pisi də budur ki, bunlar dünyanın gözü qarşısında baş verir. Çox təəssüf ki, bütün dünya buna göz yumur.

Fransa beynəlxaq təşkilatlardakı gücündən istifadə edərək, törətdiyi əməlləri ört-basdır edir. Bu səbəbdən Fransanın bu hərəkətləri dünya ictimaiyyətinin diqqətindən kənarda qalır. Amma bu, yolverilməzdir. İkili siyasət aparan dövlət heç dünya üçün bir nümunə ola bilməz”.

Deputat vuğulayıb ki, Fransa digər ölkələrdən demokratiyanın, insan hüquqlarının təmin olunmasını tələb edir. Amma özünün çirkin siyasətini dayandırmır. Bu, Fransanın əsl simasını göstərir.

Ayşən Azadova