Close

Rusiya narahatdır – Türk dövlətlərinin yaxınlaşması...

Rusiya mediasında Türk Dövlətləri Təşkilatı ilə bağlı materialların sayı artıb. Yazılarda Böyük Turan dövləti layihəsinin reallaşacağı iddia edilir. Bu iddialar haradan qaynaqlanır?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, bu, hər hansı bir dövlətin yaranması deyil: “İndi əsas məqsəd ayrı-ayrı türk dövlətlərinin öz müstəqilliyini qoruması, ayaqda qalması və bir-biri ilə  koordinasiyanı qurmasıdır. Hazırda vahid bir dövlət yaratmaq məsələsi yoxdur, bu, sadəcə bir təbliğat, təhlükə varmış kimi süni ajiotaj yaratmaq cəhdidir.

Hazırda türk dövlətləri arasında əməkdaşlıq səviyyəsi kifayət qədər yüksəlib və yeni bir birlik yox, inteqrasiya, əməkdaşlıq modelindən söhbət gedə bilər. Biz də daha çox bu istiqamətdə düşünməliyik. Çünki hər bir türk dövlətinin müstəqilliyi möhkəmlənmədikcə, bunu etmək də çətin olacaq”.