Close

İran müharibəyə başlasa, bölgə qan gölünə çevriləcək

İran və İsrail arasında vəziyyət gərgin olaraq qalmaqdadır. Hər iki dövlət bir-birinə müharibə notası göndərməklə vəziyyəti daha kəskin həddə çatdırır. Tərəflər arasında müharibənin başlaması hər iki dövlətlə yanaşı, bölgədə də vəziyyəti çətinləşdirə bilər.

Məsələ ilə bağlı TNS-ə açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, istənilən halda müharibə bölgədə vəziyyəti çətinləşdirəcək: “İran və İsrailin müharibəyə hazır olub-olmaması onların daxili işləridir. Amma bizim istəyimiz odur ki, bölgədə müharibə olmasın. Hansısa bir məsuliyyətsiz addım bölgəni qan gölünə çevirə bilər.

Azərbaycanın marağı odur ki, insanların həyatına faciə yaşanmasın, bölgə barış içində yaşasın. Ümid edək ki, müharibə olmayacaq. Çünki müharibə heç kimin xeyirinə deyil. Bu, ancaq bölgədə yaşayan insanlara fəlakət gətirməkdən başqa bir şey deyil. Ümid edək ki, İran və İsrail bu məsələdə səlis addım atacaq və məsələnin müharibə müstəvisinə çıxacağına imkan verməyəcək”.