Close

Tokayev israr edir – Paşinyan təklifi qəbul etsə...

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlara ölkəsinin ev sahibliyi təklifini israrla gündəmə gətirir.

O, bu dəfə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdə təklifini təkrarlayıb”.

TNS xəbər verir ki, bunu politoloq, “Atlas” Araşdırmlar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu özünün “Facebook” hesabında yazıb.

“Tokayev bildirib ki, Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazırdır. O, sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində eyni təklifi səsləndirib. Prezident İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib. Yəni, əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Tokayevin təklifini qəbul etsə, yaxın müddətdə görüşlər Astana və ya Almatıda başlaya bilər. Bu, hamı üçün faydalı olar. Cənubi Qafqaz və Türküstan uğrunda mübarizə aparan dövlətlərin hər birinin Qazaxıstanla yaxşı münasibətləri var. Tokayev ölkəsini birdəfəlik görüş yeri kimi deyil, platforma kimi təklif edib. Yəni Tokayev Azərbaycan və Ermənistan rəsmiləri və dipolmatları arasında Qazaxıstan ərazisindəki görüşlərinin sülh sazişi imzalanana qədər davam edirilməsinin tərəfdarıdır”.