Ermənistanın Türkiyə və İranla sərhədlərini kim qoruyacaq?
Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İran ilə sərhədlərindən geri çəkiləcəyinə, onların yerini erməni hərbçilərin tutacağı bildirilir.
Bu, baş verəcəyi təqdirdə regionda hansı dəyişklik ola bilər?
Məsələni TNS-ə şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistanın Türkiyə və İran sərhədlərində erməni hərbçilər yerləşdiriləcək. Amma Rusiya hərbiçilərinin nəzarət-buraxılış məntəqələrindən tam çəkiləcəyi, sərhəd boyu ərazini tərk edəcəyi hələlik məlum deyil: “Hələ məlumdeyil ki, Rusiya sərhədçiləri öz ölkələrinə qayıdacaq, yoxsa Ermənistan ərazisində qalacaq. Bütün hallarda reallıq odur ki, Rusiya-İran münasibətləri normal vəziyyətdədir, bir sıra məsələlərdə iki ölkənin mövqeyi üst-üstə düşür”.
Politoloq bildirib ki, Ermənistanın İran ilə də münasibətləri normaldır, yəni, Rusiya sərhədçilərinin oradan çıxmasının hazırkı vəziyyətə hər hansı ciddi təsiri olmaz: “Türkiyə-Ermənistan sərhədinə gəlincə, Rusiya sərhədçiləri həmin bölgəni tərk etməyəcək. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulmayıb. Ona görə də düşünürəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir”.
Ayşən Azadova