"Azərbaycan bu müharibənin ağır fəsadlarını hiss edəcək" - ŞOK AÇIQLAMA
“İran ilə İsrail arasında elan olunmamış müharibə davam edir. İstər İran, istər də İsrail beynəlxalq hüquqa zidd olaraq bir-birinin ərazilərinə havadan zərbələr endirir”.
Bu sözləri TNS-ə açıqlamasında politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
O qeyd edib ki, İsrailin müdafiə nazirinin İrana dediyi "Cavabımız ağır olacaq" ifadəsi yeni bir söz deyil, bu açıqlamaları, hədə-qorxuları İran tərəfindən də eşidirik.
“İran və İsrail arasında olan müharibə bölgədə gərginliyin daha da artmasına səbəb olur. Bu, müharibənin miqyasının xeyli genişlənməsinə gətirib çıxara bilər. Təbii olaraq, bu qarşıdurma başda Türkiyə olmaqla, region ölkələrini ciddi şəkildə narahat edir. İranla İsrail arasında qarşıdurma şiddətlənib, qaynar münaqişəyə çevrilərsə, o zaman Azərbaycan da daxil olmaqla region ölkələri müharibənin ağır fəsadlarını hiss edəcək”, - deyə o vurğulayıb.
Ayşən Azadova