Close

Putin Paşinyanın atasının adını niyə səhv deyib?

Moskvada Rusiya Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən görüş zamanıi Vladimir Putin yenə Nikol Paşinyanın atasının adını səhv deyib, onu Vovayeviç deyil, Vladimiroviç adlandırıb.

Putinin “yanılması”nın səbəbi nədir?

Milli Məclisin deputatı Elman Nəsirov TNS-ə açıqlamasında bildirib ki, Rusiya ilə Ermənistan arasında siyasi böhranın olduğu məlumdur: “Ermənistan ilə Rusiya arasında siyasi və hərbi münasibətlər bərbad vəziyyətdədir, amma eyni sözləri iqtisadi məsələlər ilə bağlı söyləmək olmaz. Çünki Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi illik 7,4 milyard dollar təşkil edirdisə, 2024-cü ilin 6 ayında bu rəqəm 8,3 milyard dollara çatıb. İlin sonuna kimi 14-16 milyard dollar olması proqnozlaşdırılır”.

Deputat MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qəbul edilən iki mühüm sənədi imzalamadığını xatırladıb: “Ermənistan və Rusiya arasında siyasi münasibətlərdə gərginlik qalmaqdadır. Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüşdə Paşinyanın atasının adının səhv deyilməsi ilə bağlı müxtəlif fikirlər var.

Bəziləri Putinin bunu bilərəkdən etdiyini, Paşinyana olan mənfi münasibətini göstərdiyini desə də, bəziləri Rusiya Prezidentinin Baş nazirin atasının adını həqiqətən unutduğunu iddia edir.

Paşinyanın Moskovadan əvvəl Parisə 3 günlük səfərinin olduğu məlumdur. Orada Fransa Prezidenti Emmanuel Makronla Paşinyanın ənənəvi qucaqlaşma görüntüləri yayımlandı.

Paşinyan həmçinin Varşavada da Rusiya əleyhinə xeyli ittiham səsləndirdi. Bütün bunlar üst-üstə gəldikdə Vladimir Putinin Nikol Paşinyanın atasının adını bilərəkdən səhv deməsi ehtimalı daha çoxdur”.

Ayşən Azadova