Close

Avropa Parlamentində qərəzli seçim – Bu addım əlaqələrə təsir edəcək

Avropa Parlamentinin Fransadan olan üzvü Natali Luazo Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndə Heyəti sədrinin birinci müavini seçilib.

Məlumdur ki, o, azərbaycanofob deputat kimi tanınır. Luazonun bu vəzifəyə seçilməsi Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ziyan vura bilərmi?

Siyasi şərhçi Samir Hümbətov TNS-ə bildirib ki, Natali Luazonun Avropa Parlamentində xüsusi ilə Cənubi Qafqaz üzrə nümayəndə təyin edilməsi ciddi bir qırılma nöqtəsi kimi dəyərləndirilə bilər: “Bu seçim Avropada Azərbaycanın əleyhinə fəaliyyət göstərən dairələrin məqsədlərinə xidmət edir. Belə bir şəxsin Avropa İttifaqında vəzifə tutması əlaqələrə təsir göstərəcək. Hazırda Avropanın Azərbaycana münasibətində iki istiqamət mövcuddur. Şərqi Avropa ölkələrinin, Qərbi Avropanın bəzi dövlətlərinin Azərbaycanla normal münasibətləri var və bu əlaqələri daha da inkişaf etdirməyə çalışır. Fransa və onun kimi dövlətlər isə hər zaman Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir”.

Politoloq əlavə edib ki, yaxın vaxtlarda Avropa İttifaqının atacağı addımlardan Natali Luazonın nə etmək istədiyini, məqsədini aydın görə biləcəyik: “Əvvəldən Natali Luazo Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Proseslərin gedişində mövqeyinin dəyişib-dəyişməyəcəyini zaman göstərəcək.

Ayşən Azadova