Azərbaycan nəşriyyatları Dövlət Xidmətinin bu qərarına etiraz etdi - BƏYANAT
Azərbaycan nəşriyyatları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kitab alışının dayandırılmasına etiraz bəyanatı yayıb.
TNS-ə göndərilən həmin bəyanatı təqdim edirik:
“Son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alırdı. Bu, milli kitabın və nəşriyyatlarımızın dəstəklənməsi baxımından əhəmiyyətli bir addım idi.
Biz, Azərbaycan nəşriyyatları, mədəni irsimizin inkişafına töhfə verən yerli kitabların kitabxanalarda təmsil olunmasının əhəmiyyətini yüksək qiymətləndiririk.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 44.2-ci və 44.3-cü maddələrini əsas götürərək kitab alışını dayandırmışdır. Dövlət Xidməti iddia edir ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Xidmətin nəzərinə çatdırmaq istəyirik ki, intellektual mülkiyyətin məhsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz. “Dövlət satınalmaları haqqında” Qanun özü bunu qadağan edir.
Xidmətin bu qərarı nəşriyyatlarımızın fəaliyyətinə ölümcül zərbə vurur və kitabxanalarımızın zənginləşməsini əngəlləyir.
Biz, Azərbaycan nəşriyyatları olaraq, bu qərara etiraz edir və satınalmanın təkrar nəzərdən keçirilməsini Mədəniyyət Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən tələb edirik.
Əgər bu məsələ 7 oktyabr saat 12:00-dək həllini tapmazsa, biz nəşriyyatlar yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəyimizi bəyan edirik.
Bu mühüm məsələyə diqqət yetiriləcəyinə və problemi müsbət həll edəcəyinizə ümid edirik.
Amin Orucov, “Simurq” Nəşriyyatı
Arzu Bəylərli, Audiokitab
Bəhram Oruclu, “Çinar” Nəşriyyatı
Elçin Sadiqov, “Fidan” Nəşriyyat və Dağıtım
Əli Eynəliyev, “Dastan” Yayımları
Əsəd Süleymanov, “MİMTA” Yayımları
Fatimə Alxaz, “Ağıllı Bala” Nəşriyyatı
Günel Tağıyeva, “Kibu” Yayımları
Hafiz Eyyubov, “Qələm” Nəşriyyatı
Həsən Kərimov, “Kitabçı” Nəşriyyat Evi
İlkin Abdulla, Strauss Press
İlkin Abdullayev, “Çardaq və Kosmo” Nəşriyyatı
Misir Aslanov, Zəka Print
Mübariz Həsənov, “Alfacin” Nəşriyyatı
Muxtar Abbasov, “RM” Nəşriyyatı
Nemət Əliyev, “Everest” Nəşriyyat evi
Nicat İbrahimov, “TEAS Press” Nəşriyyat Evi
Nigar Köçərli, “Əli-Nino” Nəşriyyatı
Nurman Şahmərdanov, “Parlaq İmzalar” Nəşriyyatı
Orxan Bəyov, “İZƏ” Nəşriyyatı
Rafiq İsmayılov, “Altun Kitab” Nəşriyyatı
Rasim Qaraca, “Alatoran” Nəşriyyatı
Ramiz Məmmədov, “İpəkyolu” Nəşriyyatı
Sadıq Babazadə, “Mayak” Nəşriyyatı
Səbinə Əli, “Səbat” Nəşriyyatı
Səbuhi Zeynalov, “XAN” Nəşriyyatı
Şahbaz Xuduoğlu, “Qanun” Nəşriyyatı
Şəmil Sadiq, “Hədəf” Nəşrləri
Şöhlət Səlimov, “Qədim Qala” Nəşriyyatı
Tural Axundov, “Təhsil” Nəşriyyatı
Ülvi Ağa, “İdiot” Yayınları
Ülvi Cabbarov, “Gündüz” Yayınları
Veysəl Məmmədov, Libra Kitab
Yusif İlhamoğlu, “Çapar” Yayınları”.