Close

Bakı metrosu COP29 iştirakçılarını daşımağa necə hazırlaşır?

Bakıda keçiriləcək COP29 tədbirləri ilə əlaqədar ölkədə hazırlıq işləri davam edir. Paytaxt demək olar ki, bu möhtəşəm tədbirə hazırdır.

Daxili yollar yenilənir, yeni avtobus və taksilər gətirilib. Yəni, Bakı təxminən 80 min nəfər turisti qəbul etmək üçün hazırlaşır. Amma həmin turistlərin istifadə edəcəyi ictimai nəqliyyatın biri, bəlkə də birincisi metrodur. Ölkəyə gələcək turistlərin həm daşınması üçün vacib, həm də marağına səbəb olacaq metro stansiyaları COP29-a necə hazırlaşır? Metroda daşınma ilə yanaşı, həm də turistlərin təhlükəsizliyini təmin etmək üçün hansı işlər görülür?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TNS-ə bildirib ki, metropoliten də digər qurumlar kimi COP29-a hazır vəziyyətə gətirilib: “Həm ümimi olaraq, ictimai nəqliyyat sektoruna daxil olan qurumlar, həm də COP29 Əməliyyat Şirkəti ilə müntəzəm qarşılıqlı əmədaşlıq edirik. Hələlik metropolitenin iş rejimi ilə bağlı yeni nəsə danışmaq tezdir. Bu barədə hər hansı dəyişiklik olarsa, məsələyə aidiyyəti üzrə baxılacaq və müvafiq qərar qəbul ediləcək. Hələlik metropolitenin bu gün üçün COP29-a hazırlıq səviyyəsi normaldır”.