Close

Deputat: "Ermənistan Azərbaycandan üzr istəməlidir"

"Azərbaycana qarşı müharibə cinayətləri törədən ermənilərin qəhrəmanlaşdırılması Ermənistanda adi hala çevrilib".

Bunu TNS-ə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, hazrda bu məsələ Ermənistanın siyasətində açıq-aydın görünür: "Artıq bu, ciddi bir problemdir. Ermənistan bu siyasətini Azərbaycana qarşı davam etdirir. Hesab edirəm ki, bu məsələdə Qərbin üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, Qərb də Ermənistanı bu kimi məsələlərə təhrik edir və onları buna doğru istiqamətləndirir.

Ermənistan bilməlidir ki, bu cinayətlərə görə cavab verəcək. Ona görə də Ermənistan bu istiqamətdə addım atmalıdır. Ermənistan ən azından buna görə Azərbaycandan üzr istəməlidir".