27 Sentyabr Azərbaycan xalqının yumruq kimi birləşdiyi gündür
“27 Sentyabr Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi gündür”.
Bunu TNS-ə açıqlamasında deputat Arzu Nağıyev deyib.
Deputat xatırladıb ki, həmin gün Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücuma keçib və 30 ildən artıq işğal altında qalan torpaqlarımızı azad edib: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərmizə can sağlığı versin. 27 sentyabrda biz dünyaya göstərdik ki, torpaqlarımızı öz gücümüzə azad edə bilərik. Birləşmiş Millətlər Təşkilatının qətnamələrini özümüz icra etdik. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu deklorativ bəyanatlardan başqa heç bir iş görə bilmədi və bu qurumun da işini özümüz öz gücümüzlə gördük. Azərbaycan xalqı, Azərbaycan ordusu Ali Baş Komandanın ətrafında birləşərək, düşmənə layiqli yerini göstərdi, Azərbaycanın suverenliyi bərpa edildi. Bütün dünya gördü ki, Azərbaycanla heç kim hədə dili ilə danışa bilməz".