Təlimat verildi - Rusiya sərhədçiləri Ermənistandan nə vaxt çıxarılacaq?
“Ermənistanın siyasi dairələrində, hakimiyyətdə təmsil olunan bəzi şəxslər Rusiya sərhədçilərinin ölkədən çıxarılması məsələsini gündəmə gətirirlər. Böyük ehtimalla bu sahədə konkret addımları müşahidə etməyə başlayacayıq”.
Bunu TNS-ə siyasi şərhçi Elçin Xalidbəyli deyib.
O qeyd edib ki, Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması birbaşa Qərbin istəyidir: “Baş nazir Nikol Paşinyan Qərbin təlimatlarını yerinə yetirməkdə davam edir. Əvvəlcə Rusiya sərhədçilərini İrəvan hava limanından çıxardılar. Rusiya sərhədçilərinin İrəvanda olması ABŞ-yə, bütünlükdə Qərbə problem yaradırdı. Hava limanına gələn yüklər, xarici xüsusi xidmət orqanlarının əməkdaşları ruslar tərəfindən qeydə alınırdı. Bunlar aradan qaldırıldı.
İndi isə Qərb Ermənistana prosesin ikinci mərhələsini reallaşdırmaq tapşırığını verib”.
Ayşən Azadova