“Qərb Rusiya və Ermənistanın riyakar siyasətinə göz yumur”
“Ermənistan bir tərəfdən Rusiyanı şantaj edib, digər tərəfdən bu ölkə ilə silah alveri etməklə ikili oyun oynayır”.
Bunu TNS-ə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu, həm Ermənistanın, həm də Rusiyanın riyakarlığıdır: "Bir tərəfdən iki dövlət bir-birini ittiham edir, digər tərəfdən isə Rusiya Ermənistana silah, qadağan olunmuş mallar satır.
Hesab edirəm ki, burada Qərbin də məsuliyyəti var. Qərb də bu prosesdə ikiüzlü siyasət həyata keçirir. Baxmayaraq ki, Ermənistan Risiya ilə əlaqələrini qoruyur, ticarət dövriyyəsini davam etdirir, Qərb buna göz yumur. Çünki Qərbə aid məhsullar Rusiyaya Ermənistan ərazisindən keçir. Bir sözlə, Qərb öz mallarını Rusiyaya Ermənistan vasitəsilə satır. Nəticədə həm Qərb ölkələri, həm Rusiya, həm də Ermənistan qazanır. Son vaxtlar Ermənistanın ticarət dövriyyəsinin bir neçə dəfə artması buna sübutdur. Bu, bir daha onu göstərir ki, iki ölkə arasında çox sıx iş birliyi var. Qərb isə bu iş birliyindən xəbərdar olsa da, Ermənistana heç bir təzyiq göstərmir".