Close

“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb…”

“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, Ermənistan razılaşma ilə bağlı aydın mövqe ortaya qoymayıb, ölkəmiz üçün təhlükəsizlik məsələsi prioritet olacaq”.

Bunu TNS-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya-Ukrayna müharibəsindən faydalanmağa çalışır: “Xüsusilə Rusiyanın xarici ticarət sahəsində üzləşdiyi çətin vəziyyətdən fürsət kimi istifadə edir. Ermənistan Rusiyanın almaz, brilyant və digər qiymətli metallarının ixracında xüsusi paya malik olmaq niyyətindədir. İrəvan bu yolla əldə edilən vəsaiti silahlanmağa, revanşizmin gücləndirilməsinə sərf edir.

Məsələnin kökündə isə Ermənistan və Azərbaycan arasında vəziyyəti gərginləşdirmək məqsədi durur”.

Ayşən Azadova