Close

"Rusiya əlaltısı olan ölkədə çevriliş etməz"

"Rusiyanın Ermənistanda çevriliş etməsinə lüzum yoxdur".

Bunu TNS-ə açıqlamasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, Ermənistan Rusiyanın əlaltısıdır: "Onlar bir-birinə nə qədər "düşmənçilik" göstərsə də, heç vaxt düşmən olmayıb. Rusiya öz növbəsində regionda Ermənistandan daim istifadə edib.
Eyni zamanda NATO-Rusiya sərhədi Ermənistan-Türkiyə sərhədidir. Burada da Rusiyanın ciddi qoşun hissələri dayanıb, bazası var. Hazırda Ermənistanın ən ciddi sərhədlərini Rusiya Federal Xidmətinin Sərhəd Qoşunları qoruyur. Buna görə də Rusiyanın Ermənistanda çevrilişə cəhd etməsi inandırıcı deyil. Bu məsələni digər dövlətlər, xüsusən də Qərb yayır ki, Rusiyaya qarşı həm daxildə, həm kənarda məkrli siyasət yeridən dövlət kimi baxsınlar".

Deputat qeyd edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatınıvə digər qurumları tərk etməsi ilə bağlı bəyanatları ikinci dərəcəli məsələlərdir: "Bu gün Paşinyan hakimiyyəti Rusiyanı qane edir".