Close

Deputat: “Ermənistan həmişə başqa ölkələrin aləti olub”

“Ermənistan marionet bir dövlətdir, həmişə kənardan idarə olunub”.

Bunu TNS-ə açıqlamasında deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistan heç vaxt müstəqil siyasət həyata keçirməyib: "Ermənistan xarici güclərin əlində siyasi alətdir. Xarici qüvvələr Ermənistandan həmişə digər dövlətlərə təzyiq kimi istifadə edib. İndi də Ermənistan öz xarici siyasətini müəyyənləşdirə bilmir. Gah Qərbə meyl edir, gah Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Bir ölkənin mövqeyi, xarici siyasəti yoxdursa, o ölkə ilə bağlı proqnozlar yalnız bundan ibarət ola bilər. Bu cür siyasət Ermənistanı onsuz da uçuruma gətirib çıxarıb, iqtisadiyyatı çöküb, regional layihələrin hamısından kənarda qalıb. İndi də manevrlər edir, gah Fransaya üz tutur, gah digər dövlətlərə. Ermənistan bu dövlətlər arasında manevrlər etməklə fikirləşir ki, guya xalqı üçün nəsə edir. Amma əslində sadə erməni xalqını bugünkü bərbad vəziyyətə salan Ermənistanın bu kimi riyakar siyasəti, digər dövlətlərin alətinə çevrilməsidir".