Close

23:50
19 Sentyabr 2024

“Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə ilə diplomatik əlaqələrin qurulması və quru sərhədlərin açılması ilə bağlı ölkəsinin vətəndaşlarına çağırış etməsi məntiqsiz hərəkətdir.

Bunu TNS-ə açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki Türkiyə ilə Azərbaycanı bir-birindən heç kim ayıra bilməz: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla quru sərhədlərin açılmasının Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından sonra mümkün olacağını dəfələrlə bəyan edib. Bu baxımdan Paşinyan əgər Türkiyə ilə quru sərhədlərinin açılmasını istəyirsə, ilk növbədə qonşu ölkələrə olan ərazi iddialarını konstitusiyasından və diğər dövlət aktlarından çıxarılması ilə bağlı ermənilərə çağırış etməlidir. Məhz, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin istifadəyə verilməsi Ermənistanın Türkiyə ilə quru sərhədlərin açılmasına, diplomatik əlaqələrin qurulmasına yol aça bilər".

azerbadamov

Deputat bildirib ki, Türkiyə ilə quru sərhədin açılması Ermənistanın Avropaya yolunun açılması deməkdir: "O cümlədən, Azərbaycanla da diplomatik əlaqələrin qurulması və quru yolunun açılması Ermənistanın Rusiyaya və Orta dəhlizə yolunun açılmasıdır. Ona görə də Paşinyan  sərhədlərin açılması məsələsinə kompleks yanaşmalıdır.  Əgər belə olmazsa, Ermənistan dalanda qalmaqda davam edəcək".