Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

“Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi”

“Bu gün Azərbaycan Ordusu və xüsusi xidmət orqanlarının Qarabağda keçirdiyi uğurlu antiterror əməliyyatından bir il ötür. Əməliyyat nəticəsində Azərbaycan ərazisində yerləşdirilən terror düşərgələri məhv edildi, ölkənin ərazi bütövlüyü tam təmin edildi”.

Bunu TNS-ə deputat Arzu Nağıyev deyib.

O bildirib ki, əməliyyat zamanı Azərbaycan ərazisində yuva qurmuş terror təşkilatı ölkə ərazisindən qovulub: "Adətən antiterror əməliyyatı hansısa bir hadisəni törədə biləcək bir neçə terror üzvünə qarşı keçirilir. Amma bu əməliyyat müxtəlif terror düşərgələrində təlimlər keçmiş terrorçulara qarşı keçirildi. Əməliyyat bütün müharibə qanunlarına uyğun şəkildə, sivil qaydada gerçəkləşdi. Dinc əhali üçün dəhlizlər ayrıldı, mülki şəxslərə ziyan vurulmadı. Əməliyyatçılar yalnız həmin ərazilərdə məskunlaşan terrorçulara qarşı əməliyyat keçirdi. Terrorçular məhv edildi, dəstə başçıları saxlanıldı".

arzunaqiyev

Deputat bildirib ki, hadisədən bir il keçməsinə baxmayaraq, bu gün də həmin ərazilərdə terrorçuların silah anbarları aşkarlanır: "Əməliyyat zamanı heç bir beynəlxalq hüquq norması pozulmadı. Hər şey normalar çərçivəsində həyata keçirildi, 30 il Azərbaycan xalqına qarşı soyqırımları keçirən separatçı qüvvələrin rəhbərləri məsuliyyətə cəlb edildi".