Close

“Pezeşkian Xameneinin dirijor çubuğu ilə hərəkət edir”

İran Prezidenti Məsud Pezeşkian keçirdiyi ilk mətbuat konfransında bir sıra maraqlı açıqlamalar verdi. O, ölkəsinin Azərbaycan, Türkiyə və Pakistanla əməkdaşlıqda maraqlı olduğunu dilə gətirdi. Həmçinin, Azərbaycan və Türkiyəyə səfər edəcəyini bildirdi.

Maraqlıdır, yeni Prezident bu vəzifədə olduğu müddətdə İranın adı çəkilən ölkələrlə münasibətlərini normallaşdıra biləcəkmi?

Siyasi şərhçi, “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Pezeşkianın son açıqlamalarında yeni ideya yoxdur.

Mərkəz rəhbəri TNS-ə deyib ki, onu sadaladıqları bu ilin mayında helikopter qəzasında həlak olan İbrahim Rəisinin prezidentliyi dövründə İran hakimiyyətinin irəli sürdüyü müsəlman və qonşu ölkələrlə iqtisadi əməkdaşlığı inkişaf etdirmək layihəsidir: İbrahim Rəisi bunu 2023-cü ildə elan eləmişdi. 2023-cü ildən sonra İran hakimiyyətinin müsəlman ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə aralarında olan narazılıq aradan qalxdı. Tehran hakimiyyəti Azərbaycanın İrandakı Səfirliyinə terror hücumdan sonra buraxdığı səhvləri aradan qaldırmaq, Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atdı”.

S. Soltan xatırladıb ki, Azərbaycan, Türkiyə və Pakistan bir çox sahədə əməkdaşlıq edir: “Pezeşkian da bu əməkdaşlığa qoşulmaq niyyətindədir. Amma İranın sankiyalar altında olduğu da məlumdur.

Bu baxımdan, İranla əməkdaşlıq bu üç ölkənin də sanksiyalar, məhdudlaşdırıcı addımlarla üzləşməsinə səbəb ola bilər. Deməli, bu dörd ölkənin əməkdaşlığı risklidir. Hesab edirəm ki, bu açıqlamalar sözdən o tərəfə keçməyəcək”.

ss18

Onun Azərbaycan və Türkiyəyə səfərinə gəlincə, siyasi şərhçi bildirib ki, Pezeşkian seçkiqabağı kampaniya zamanı dil məsələsini çox qabardırdı: “Hər yerdə türk dilinin vacibliyini qeyd edirdi. Bu arada onlar türk yox, azəri dili deyirlər. Bununla da Güney Azərbaycan türklərinin səsini və diqqətini özünə cəlb edə bildi. Hesab edirəm ki, Tehran hakimiyyətinin Güneydə Azərbaycan türklərindən ibarət sosial bazasını itirməmək üçün Pezeşkian Türkiyə və Azərbaycana səfər edə bilər. Azərbaycana onsuz da səfər edəcək, çünki noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə dəvət olunub. Türkiyə səfəri isə İbrahim Rəisinin vaxtında planlaşdırılmışdı. Bu səfərlərdə qeyri-adi heç nə yoxdur. Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin tapşırıqlarının icraçısıdır. O, nə etsə də, başının üstündə Xameneinin dirijor çubuğu var. Yəni, müstəqil hərəkət edə bilməz. Bu addımları da Ali Rəhbərin tapşırıqlarıdır”.