Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

Ermənistan Qərbin vasitəçiliyindən imtina edir? - Azərbaycanın əsas tələbi yerinə yetirilməlidir

Ermənistanın “Past” qəzeti maraqlı iddia ilə çıxış edib. Nəşr yazır ki, Bşa nazir Paşinyan Rusiyadan sonra Qərbin (ABŞ və Avropa İttifaqı) də vasitəçiliyindən imtina edir, o, Qərbdən çox Bakının zəmanətlərinə bel bağlayır.

Deputat Elman Nəsirov TNS-ə açıqlamasında bildirib ki, Ermənistan heç bir vasitəçi olmadan Azərbaycanla danışıqları davam etdirməkdə maraqlı olmalıdır: "Ermənistan Qərb, ya da Rusiya ilə deyil, birbaşa Azərbaycanla danışıq aparmalıdır. Heç bir vasitəçi olmadan sülh prosesi irəliləməlidir. Çünki vasitəçilərin hər birinin öz maraqları ortaya çıxır. Bu maraqlar bir çox halda regionun təhlükəsizliyi maraqlarını üstələyir. Ona görə də, Ermənistan Azərbaycanla birbaşa danışıqlar yolu ilə, həlli gözlənilən məsələlər tənzimləməklə özünün gələcəyini təmin etmiş olar.

Ermənistan sülhdən danışır, bu, müsbət haldır. Amma bu, imitasiyaya çevrildikdə artıq təhlükəli hal alır. Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla birbaşa danışıqlarda olmalı və Azərbaycanın əsas tələbinə əməl etməlidir. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalara dəyişiklik olunmalıdır. Referendum vasitəsilə bağlı erməni xalqı Azərbaycana qarşı ərazi iddiaları məsələsinə son qoymalıdır".

elmannesirov

E. Nəsirov bildirib ki, bu müddəalar həll olunmadan sülh müqaviləsi bağlamaq mümkün deyil: "Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları varsa, demək ki, istənilən vaxt yenidən müharibə başlaya bilər. Ona görə də, ilk öncə ərazi iddialarına son qoyulmalıdır, konstitusiyada dəyişiklik edilməli, ATƏT-in Minsk qrupunun de-yure fəaliyyəti dayandırılmalıdır.  Ermənistan və Azərbaycanla bu qrupun fəaliyyətinin ləğv edilməsi üçün birlikdə addımlar atmalıdır. Ən önəmlisi, Ermənistan Azərbaycana qarşı revanşizm hisslərindən imtina etməlidir".