Close

22:00
18 Sentyabr 2024

"Birdən çaşıb yazarsınız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib"

"Əvvəllər yazardılar ki, əlyazmalar yanmır. Elmi-texnoloji inqilabdan sonra "Google" adlı əbədi yaddaş meydana çıxdı. Orda heç nə silinmir, əlyazmalar yanmır. Yalnız müəllifin özü əlyazmaları məhv edə bilər".

TNS xəbər verir ki, bunu tanınmış jurnalist, "haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev sosial şəbəkə hesabında yazıb.

"Əlqərəz, İsveçrə barəsində bir məlumat axtardığım zaman, "Google" sisteminin yaddaşı oyandı. Vaxt var idi, mətbuatımız yazardı ki, Vasif Talıbov Naxçıvanı İsveçrəyə çevirib. Zarafat etmirəm! Axtarış edib baxa bilərsiz. Hətta xarici jurnalistləri, amerikanlıları Naxçıvana aparıb Talıbov fenomeni ilə tanış edərdilər...

Birdən çaşıb yazarsız ki, Fuad Nəcəfli Naxçıvanı İsveçə çevirib! Nə badə... Sonra yazılarınızı pozmalı olacaqsınız.

Bu arada, AzərTacın yaydığı məlumata görə, Hesablama Palatası Naxçıvanda maliyyə pozuntular aşkar edib...

Belə-belə işlər...". - Eynulla Fətullayev qeyd edib.