Close

21:58
17 Sentyabr 2024

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? – Bu, tamamilə əsassız və populist bəyanatdır

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Artur Ovannisyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatı əhəmiyyətsizdir.

Bunu TNS-ə açıqlamasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, bu, öncədən hazırlanmış ssenaridir: "Çünki fraksiya rəhbəri, iqtidarda olan partiyanın nümayəndəsi belə bir bəyanat verirsə, bu məsələ mütləq şəkildə razılaşdırılıb. Yəni, Paşinyanın deyə bilmədiyini hakim partiya adından Rusiya rəhbərliyinə bu şəkildə çatdırırlar. Bunun da bir neçə məqsədi var. Əsas məsələ odur ki, Ermənistan Qərbin xoşuna gəlsin. Yəni, Ermənistan bununla demək istəyir ki, guya onlar müstəqil dövlət olaraq öz fikirlərini Rusiya rəhbərliyinə deyə bilir.

Digər tərəfdən isə bu, daxili auditoriya üçün hazırlanmış plandır. Hər hansı bir dəhlizin təhlükəsizliyinin ancaq o dövlətin özü tərəfindən təmin olunacağı fikrini formalaşdırmaqdan başqa bir şey deyil.

Məlumdur ki, Zəngəzur dəhlizinin açılışı məsələsi gündəmdə olanda belə, Paşinyan bəyanat verdi. Qərar qəbul olundu ki, həmin dəhlizi Rusiya deyil, Ermənistan hakimiyyəti tərəfindən yaradılan qrup qoruyacaq.

Birmənalı şəkildə bu, populist çıxışdır, son vaxtlar Ukrayna-Rusiya müharibəsinin başa çatmaması ilə əlaqədardır. Eyni zamanda, Rusiya Prezidentinin həbsi ilə bağlı məsələni istər Monqolustanda, istərsə də digər dövlətlərdə gündəmə gətirməkdir. Çünki Ermənistan da həmin sənədi imzalayıb".

arzunaqiyev

Arzu Nağıyev qeyd edib ki, bu bəyanatın heç bir əsası yoxdur: "Məlumdur ki, bu gün Rusiya və NATO sərhədi Türkiyə-Ermənistan sərhədidir. Ermənistan ərazisində Rusiyanın çoxsaylı qoşun hissəsi var. Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxdıqların dəfələrlə bəyan etsə də, onların bəzi dövlət sərhədlərini hələ Rusiya qoruyur. Düşünürəm ki, bu bəyanatın heç bir ciddi əsası yoxdur".

Qeyd edək ki, Artur Ovannisyan Zəngəzur dəhlizinə ermənilərin nəzarət edəcəyini bəyan edib.