Eynulla Fətullayev Əli Həsənovun müdafiəsinə qalxdı: “Ən böyük mikrob elə Rasim Balayevin özüdür”

“Rasim Balayev bəyanatla çıxış edib, Əli Həsənovu "mikrob" adlandırıb. Əli Həsənova münasibətimi hər kəs bilir, onu müdafiə etmək fikrindən uzağam. Lakin məncə, ən böyük mikrob elə Rasim Balayevin özüdür”.
TNS xəbər verir ki, bunu "Facebook”da haqqın.az saytının rəhbəri, jurnalist Eynulla Fətullayev yazıb.
“Rasim Balayev Əli Həsənovu rejissor Rüstəm İbrahimbəyovun məhv edilməsində ittiham edir. İnsan bu qədərmi vicdansız olar? Məgər Əli Həsənovun Rüstəm İbrahimbəyov ilə şəxsi ədavəti var idi? Rüstəm İbrahimbəyov müxalifətin lideri deyildimi? İlham Əliyevi devirmək istəmirdimi? Milyarderlər İttifaqı və ruspərəst müxalifətlə birləşməmişdimi? Bəs Rasim Balayevin özü niyə 2013-cü ildə siçan və yaxud mikrob kimi gizlənib öz dostunu müdafiə etmədi? Niyə Rüstəm İbrahimbəyovu satdı? Niyə 2013-cü ildə yox, 2022-ci ildə Əli Həsənova qarşı çıxış etdi? İndi Əli Həsənovun və yaxud Ramiz Mehdiyevin yerində olan adama Rasim Balayev mikrob deyə bilərmi, cəsarəti çatarmı? Çatmaz! Çünki cılız mikrobdur”, - Eynulla Fətullayev bildirib.