Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

İtaliya Azərbaycanı enerji təhlükəsizliyinə təhdidin qarşısını alan dövlət kimi tanıyır

İndiki vaxtda Prezident İlham Əliyevin İtaliyaya səfəri çox böyük əhəmiyyət kəsb edir.

Bunu TNS-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan regionun ən ciddi və güclü dövlətidir: "Əsas məsələ odur ki, İtaliya Avropa İttifaqının çox ciddi dövlətidir, Azərbaycanla qarşılıqlı iqtisadi-ticari və digər sahələrdə əlaqələri var. Səfər çərçivəsində iqtisadi, siyasi və digər məsələlər müzakirə olunub".

A. Nağıyev qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən başlayıb: "Həmin vaxt İtaliyanın Azərbaycanda nümayəndəliyi olub. Sonradan bu münasibətlər səfirliklər səviyyəsində davam etdirilib. Ulu Öndər Heydər Əliyevin də İtaliyaya səfərləri olub”.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyada keçirilən “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda iştirakı çox vacib məsələdir. Bütün dünyanın gözü orada idi. Bu, çox ciddi siyasətçilərin, iqtisadçıların iştirak etdiyi bir forumdur. İtaliya bu gün bizi dünyanın enerji təhlükəsizliyi təhdidinin qarşısını alan dövlət kimi tanıyır. Azərbaycandan başlayan kəmər bir neçə dövləti keçməklə İtaliyaya qədər gedir.

Digər məsələ isə bu gün iki ölkə arasında humanitar münasibətlərin də olmasıdır. Azərbaycan-İtaliya Universitetinin yaradılması, məhz bu universitetdə təhsil alan tələbələrin iki dövlət arasında münasibətləri daha da inkişaf etdirməsidir".

arzunaqiyev

Millət vəkilinin fikrincə, Avropa İttifaqı və digər dövlətlər başa düşməlidir ki, Azərbaycan özünün heç kimdən asılı olmayan daxili siyasətini yürüdür: "Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Qarabağla bağlı icra olunmayan qətnamələrini öz gücü ilə icra etdi. Düşünürəm ki, İtaliya da bu məsələdə Azərbaycanı dəstəkləyən Avropa dövlətlərindən biridir. Prezident qeyd etdi ki, İtaliya Qarabağ məsələsində beynəlxalq aləmdə Azərbaycanın mövqeyini dəstəkləyən dövlətlərdən biridir.

Prezident İlham Əliyev forumdakı çıxışında bəyan etdi ki, sərhədlərin delimitasiyası prosesi sülhlə həll ediləcək. Yəni, bir sıra Avropa ölkələri ciddi cəhdlə çalışır ki, prosesə mane olsun. Ancaq buna baxmadan, heç bir vasitəçi olmadan 13 kilometrlik ərazinin demarkasiya və delimitasiya edilməsi bir nümunədir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına böyük ümid bəslənilir. Bu da Avropa İttifaqına daxil olan bəzi dövlətləri qane etmir. Ona görə də də cənab Prezident çıxışında onu vurğuladı ki, biz nəyin bahasına olursa olsun, sülhə gedəcəyik".