Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

"Onların Azərbaycanda özlərinin mühacir hökumətlərini qurmalarına hər cür dəstək olmalıyıq"

"Qərbi Azərbaycandan zorakılıqla qovulmuş soydaşlarımızın parlamentdə öz tarixi ata-baba yurdlarına qayıdışına dəstək məqsədilə müvafiq komitə formalaşdırmalıyıq".

TNS xəbər verir ki, bunu ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-ın sualını cavablandırarkən deyib.

- Qüdrət bəy, Qərbi Azərbaycan İcması Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini şübhə altına alan seperatçı qüvvələrin Ermənistanda fəallaşması ilə əlaqədar bəyanatla çıxış edib edib. Bəyanatda deyilir ki, Ermənistan bu cür qüvvələrin fəaliyyətinə son qoymasa onlar Qərbi Azərbaycan mühacirət hökuməti yaradacaqlar və yeni çağırış Milli Məclisə müraciət edəcəklər ki, Qərbi Azərbaycanlıların qayıdışı üzrə Komitə formalaşdırılsın. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Çox təəssüf ki, Ermənistan hökuməti siyasi riyakarlığına son qoymur. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə seperatçı qüvvələrə Ermənistan parlamentində "repatriasiya komissiyası" yaratmaqla geniş fəaliyyyət imkanı yaradır, cəmiyyətdə yeni müharibəyə səbəb olacaq, xaricdən yönləndirilən və qızışdırılan revanşist qüvvələrin fəaliyyətlərini genişləndirmələrinə hər cür şərait yaradır. Qərbi Azərbaycan İcmasının bəyanatını tam dəstəkləyirəm. Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa, Qərbi Azərbaycandan zorakılıqla qovulmuş soydaşlarımızın Azərbaycan Respublikasında özlərinin mühacir hökumətlərini qurmalarına hər cür dəstək olmalı, parlamentdə onların öz tarixi ata-baba yurdlarına qayıdışına dəstək məqsədilə müvafiq komitə formalaşdırmalıyıq.

 Bu, Ermənistana və onun havadarlarına layiqli cavab olardı. Ermənistan anlamalıdır ki, onun tutduğu yol erməni xalqına və dövlətinə yaxşı heç nə vəd etmir.