Close

16:50
15 Yanvar 2025

Pənah Hüseyn partiya sədrlərinə Prezidentə müraciətlə bağlı çağırış edib

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn seçkilərdə iştirak edən partiyaların rəhbərlərinə çağırış edib.

TNS xəbər verir ki, P. Hüseyn partiya sədrlərini Prezident İlham Əliyevə müraciət etməyə çağırıb: “Sabahdan seçkilərin təbliğat- təşviqat mərhələsinin başlanmasını nəzərə alaraq təklif edirəm ki, İTV və ya AzTV-də siyasi partiyalar arasında seçki ilə bağlı debatların keçirilməsi üçün ödənişsiz efir vaxtının ayrılması ilə bağlı cənab Prezident İlham Əliyevə müraciət edək. Bunu televiziyaların idarə orqanlarının qərarı ilə də etmək olar. 2010-cu il seçkilərinin təcrübəsi göstərir ki, belə debatlar ən reytinqli verilişlər olur”.