Close

Qüdrət Həsənquliyevi Rusiyaya “bağlamaq” istəyənləri Qərbə elə pərçimləyiblər ki...

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, VI çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanın etibarlı gələcəyi üçün yorulmadan çalışan, iqtidarın böyük uğurlarını və nöqsanlarını çəkinmədən parlamentin tribunasından səsləndirən azsaylı siyasətçilərdən biridir. Qüdrət Həsənquliyev populistlərdən fərqli olaraq, hər zaman reallıqları nəzərə alaraq danışıb, təkliflər verib. Onun rəhbərlik etdiyi partiya fəaliyyətini milli maraqlarımıza uyğun qurub. Ona görə də ƏHD sədri tez-tez Qərbdən təlimat alan bir qrup anti-milli ünsürün hədəfinə çevrilir, onu gah Rusiyaya bağlayır, gah da milli maraqlarımıza zidd addımlar atmaqda ittiham edirlər. Qüdrət Həsənquliyev təpədən dırnağadək milli adamdır, onun barəsində danışanlarda millinin heç “m” hərfi də yoxdur.

Rusiya böyük dövlətdir, Azərbaycanın qonşusudur. 2022-ci ildən az qala dünyanın yarısının birləşib məhv edə bilmədiyi şimal qonşumuzla düşmənçilik bizə yaxşı heç nə vəd etmir. Açıq etiraf edək ki, Rusiya ilə münasibətləri yüksək səviyyəyə qaldırmadan Qarabağ problemini həll etmək, torpaqlarımızı işğaldan azad etmək çətin olardı. Qüdrət Həsənquliyev Azərbaycanın gələcəyini düşünərək bu reallıqları dilə gətirəndə rusiyapərəst, Rusiyanın Azərbaycan parlamentindəki nümayəndəsi kimi qələmə verilir. Belə absurd fikirlər səsləndirənlərin, Rusiya ilə əlaqələrin zəiflədilməsini, Qərblə əlaqələrin möhkəmləndirilməsini təklif edənlərin məqsədi ölkəmizi xaosa sürükləmək, dövlət müstəqilliyimizi təhlükə altına salmaqdır.

Yetkin bir siyasətçi kimi dünyada baş verən prosesləri dərindən təhlil etməyi bacaran ƏHD Partiyasının sədri Azərbaycanın Ukraynanın vəziyyətinə salınmaması uğrunda mübarizə aparır, qərbpərəstlərdən fərqli olaraq, hakimiyyətə gəlmək üçün ölkədə xaos, anarxiya olmasını arzulamır. Onun üçün dövlət müstəqilliyimizin qorunub saxlanılması, xalqımızın xoşbəxt gələcəyi hər şeydən, hətta müxalifət lideri kimi, iqtidara gəlməkdən daha önəmlidir. Qüdrət Həsənquliyevin çıxışlarından, müsahibələrində səsləndirdiyi fikirlərdən belə anlaşılır ki, əgər bütün dünyanın qəbul etdiyi, 200 illik tarixi gedişi dəyişdirərək xalqımıza qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmiz qarşısındakı tarixi, taleyüklü məsələləri həll edirsə, Ona mane olmaq yox, kömək etmək lazımdır. Həsənquliyev həm də tarixi missiya həyata keçirən, gələcək nəsillər üçün ləyaqətli bir ölkə quran İlham Əliyevi müdafiə etdiyi üçün hücumlara məruz qalır.

Parlament seçkiləri ərəfəsində Sorosun "uşaqları" yenə aktivləşiblər.

Dünən sosial şəbəkələrdə ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlının bir paylaşımı qarşıma çıxdı. Sədr müavini Azərbaycandan və Azərbaycan xalqından başqa bütün ölkələrə və xalqlara xidmət edən Sevinc Osmanqızının YouTube kanalında REAL-ın qurucularından olan, sonra partiyadan biabırcasına qovulan Azər Qasımlının Qüdrət Həsənquliyevlə bağlı səsləndirdiyi fikirlərə sərt cavab vermişdi.

Maraq üçün həmin proqramı izlədim. Azər Qasımlı və korrupsiya əməllərinə görə, Azərbaycanın xarici siyasət sistemindən qovulan xəyanətkar Arif Məmmədov Qərbdəki ağalarından aldıqları tapşırıqla ölkəmiz haqqında ağızlarına və ağıllarına gələni danışıblar. Azər Qasımlının sözlərinə görə, guya Qüdrət Həsənquliyev açıq şəkildə deyib ki, Azərbaycan əsgəri Zəngəzura girib, o torpaqları alıb Rusiyaya təhvil verməlidir.

Bu, yalan danışmaq deyil, həyasızcasına böhtan atmaqdır.

Əslində Qüdrət Həsənquliyev nə deyib?

Partiya sədrinin 2022-ci ilin iyun ayında “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədən: “Düşünürəm ki, Azərbaycan Rusiya ilə anlaşıb 10 noyabr sazişinin Zəngəzur üzərindən yolun açılmasına dair müddəasını özü icra etməlidir. Yəni Zəngəzuru daşnaklardan təmizləməlidir. Necə ki, ermənilər 32 il bizim torpaqları işğal altında saxladılar, Azərbaycan da Zəngəzurda təhlükəsizlik zolağı yaradır, ondan sonra qoy 30 il də onlar bizim vaxtilə dediyimiz kimi, “gəlin, məsələni sülh yolu ilə həll edək, bizim torpaqlarımızı boşaldın” desinlər. Mən əminəm ki, Rusiyadan bu razılığı almaq olar və Rusiya buna getməlidir. O torpaqlar daşnaklardan, terrorçulardan, “Böyük Ermənistan” xülyası ilə yaşayan avantüristlərdən təmizlənəndən sonra dəmiryolu xəttini də çəkirik, hansısa mərhələdə 10 noyabr sazişinə uyğun olaraq, onu Rusiyanın nəzarətinə verə bilərik”.

Qüdrət Həsənquliyev Azər Qasımlının dediyi kimi, Azərbaycan əsgərinin Zəngəzuru alıb Rusiyaya təhvil verilməsi ilə bağlı heç bir fikir səsləndirməyib. Bu, mümkün də deyil. Partiya lideri Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Rusiya ilə razılaşdırıb tarixi Azərbaycan torpaqları olan Zəngəzuru daşnaklardan təmizləməyi, orada təhlükəsizlik zolağı yaratmağı, Naxçıvanı blokadadan çıxarmağı təklif edib.

Fakt olmadan Qüdrət Həsənquliyev kimi ağıllı bir siyasətçinin belə bir fikir səsləndirdiyini iddia etmək yumşaq desək, həyasızlıq və tərbiyəsizlikdir. Desək ki, qanmayıb deyib, yalan olar. Adam qana-qana danışır. Sadəcə olaraq, tapşırıq belə verilib.

Qüdrət Həsənquliyevi Rusiyaya “bağlamaq” istəyənləri Qərbə elə pərçimləyiblər ki, onları Azərbaycan xalqına xəyanət yuvasından dartıb çıxaranda bizim dağ kəndindəki dünyadakı ən gözəl gözə sahib məxluqun səsini çıxarırlar. Əşi, lap elə açıq yazacağam. Belə “it hürər, karvan keçər”.

Tural Səfərov