Close

Daha bir partiya sədrinin namizədliyi qeydə alındı

Ölkə siyasətinin əsas gündəmi sentyabrın 1-nə təyin olunmuş növbənkənar parlament seçkiləridir. İmzatoplama prosesini başa çatdıran namizədlər müvafiq sənədləri Dairə Seçki kommissiyalarına təqdim edirlər. İndiyədək namizədliyi qeydə alınanların da sayı kifayət qədərdir. Onların arasında müstəqil namizədlər də var, siyasi partiya üzvləri olanlar da.

Partiyalarda vəziyyət necədir?

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa TNS-ə bildirib ki, artıq seçki prosesi ilə bağlı bütün addımlar atılıb: “Biz qeydiyyatdan keçmişik. Namizədlik vəsiqəmizi təqdim ediblər. İndi təbliğat-təşviqat mərhələsinə hazırlaşırıq. Seçki təbliğat-təşviqat materiallarımız hazırlanır. Bununla bağlı müvafiq nəşriyyatla müqavilə bağlamışıq”.

2022-04-03-21-35-33t9n8ds14cyturnzsj5ja_file-1

Əhali arasında da intensiv iş aparıldığını deyən Fazil Mustafa hansı işlərin görüləcəyini, görüşlərin keçiriləcəyini Seçki Qərargahında müzakirə etdiklərini vurğulayıb: “Avqustun 10-da təbliğat-təşviqat mərhələsi başlayacaq. Bundan sonra bu prosesi irəli aparacağıq”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə bildirib ki, Milli Məclisə keçiriləcək seçkilərdə 68 saylı Sabirabad - Şirvan Seçki Dairəsindən namizədliyinin müdafiəsi üçün 500 imza toplanılıb: “Tələb olunan saydan artıq imza toplanıb və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər əlavə edilərək Dairə Seçki Komissiyasına təhvil verilib”.

ph

Aygün