Close

İran Ermənistanı silahlandırır – Növbəti təxribatlara hazırlıq gedir?

İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsinin imzalanması barədə xəbər yayılıb.

Bildirilir ki, rəsmi Tehran İrəvanı kamikadze dronlarla təchiz edir.

Razılaşmalara əsasən, İran Ermənistana "Şahed 136", "Şahed 129", "Şahed 197", "Mohajer" kimi pilotsuz uçuş aparatları, eləcə də "Xordad 3", "Məcid", "Xordad 15" və "Arman" kimi hava hücumundan müdafiə raket sistemləri verəcək.

Mövzu ilə bağlı TNS-ə açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, son vaxtlar İrəvanla bir sıra ölkələr tək iqtisadi, siyasi deyil, həm də hərbi, hərbi-texniki əməkdaşlıqla bağlı müzakirələr aparır, müqavilələr bağlayırlar: “Biz bunu Hindistanın, Yunanıstanın, Fransanın timsalında görürük. Tehranın İrəvana verdiyi dronlar arasında “Şahed 136” kimi məşhur PUA da var. Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi dronlar arasında “Şahed 136” üstünlük təşkil edir. Bütün bunlar Ermənistan ordusunun gücləndirilməsi, müəyyən təxribatlara hazır olması üçün verilən silahlardır”.

Ekspertin fikrincə, Ermənistanın digər ölkələrlə bağladığı müqavilələr ölkələr arasında ikitərəfli razılaşmalardır: “Biz bununla bağlı ancaq çağırış edə, münasibət bildirə bilərik. İranla Ermənistanın bu dostluğu, əməkdaşlığı yeni deyil. Xeyli əvvəl biz bunu görmüşük. İran hər zaman Ermənistanın yanında olub, onu dəstəkləyib. Yeni seçilən Prezident Məsud Pezeşkianla bağlı bəziləri eyforiyaya qapılmışdı. Hesab edirdilər ki, Güney azərbaycanlı İrana rəhbərlik edəndən sonra hər şey dəyişəcək.

Amma gerçəklik bunun əksidir. Pezeşkian kimdir? Bir siyasi fiqur. İran siyasətini, ölkənin idarəetməsini həyata keçirən ali rəhbərdir. Pezeşkian ancaq onun tapşırıqlarını yerinə yetirəcək.

İndiyə qədər gördüyümüz odur ki, İran Ermənistana hər zaman dəstək olub, bu gün də dəstəkləməkdə davam edir. İranın Ermənistandakı səfirinin son bəyanatları onu deməyə əsas verir ki, bu ölkənin siyasətində çox şey dəyişməyib. Son günlər Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyətinin bərpası, digər məsələlər bir qədər çaşqınlıq yaradıb, bəziləri İran-Azərbaycan müasiblətlərininin normallaşdığını düşünür. Amma mən elə düşünmürəm. Hələ yaşayarıq, görərik”.

uzeyirceferov

Üzeyir Cəfərov əlavə edib ki, İranın Ermənistana verdiyi silahlar güclü silahlardır: “Bəziləri müdafiə xarakterli olsa da, əksəriyyəti hücum təyinatlıdır. Təbii ki, Azərbaycan dövləti bu prosesləri izləyir, nəzarətdə saxlayır. Müəyyən addınlar atılır və atılacaq.

İran, Fransa, Yunanıstanın Ermənistana dəstəyi faktiki olaraq 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan bir dövlətə növbəti dəstəkdir, revanşist hisslərin baş qaldırmasına şərait yaratmaqdır. Bunların olmaması daha yaxşı olar. Amma nə etmək olar ki, bu da bir siyasətdir”.