Close

“Onlar Prezident İlham Əliyevə yaxınlaşıb, əlini sıxmaq istəyirlər”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə İngiltərədə keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edib. Toplantı çərçivəsində Azərbaycan Prezidenti bir sıra ölkələrin rəhbərləri, Baş nazirləri ilə ikitərəfli görüşlər də keçirib.

Prezidentin Böyük Briyaniyaya səfəri ilə bağlı TNS-ə danışan millət vəkili, professor Musa Qasımlı bildirib ki, ölkə başçısı İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında  iştirakı həm siyasi və diplomatik, həm də mənəvi-psixoloji baxımdan əhəmiyyət daşıyır: “İlk nöbədə bu toplantıda iştirak etmək Azərbaycan dövlətinin xarici siyasətinin çoxyönlü, çoxistiqamətli olduğunu göstərir. Azərbaycan dövləti heç bir dövlətin, dövlətlər qrupunun yanında deyil. Yalnız özünün milli dövlət maraqlarını güdür”.

Professor sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərin dərin mənalı olduğunu vurğulayıb: “Almaniya Federativ Respublikası kimi böyük bir ölkənin Kansleri Olaf Şoltsun Prezidentimizlə görüşü, dövlət başçımızın G7-lərdən biri olan Böyük Britaniya və Şimali İrlandiya kralı ilə söhbəti, eləcə də digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirilən görüşlər bilavasitə cənab Prezidentimiz İlham Əliyevin beynəlxalq nüfuzu ilə bağlıdır. Azərbaycan artıq bir çox mühüm beynəlxalq məsələlərin həllində iştirakçıya çevrilir. Bu toplantıda iştirak bir daha göstərdi ki, dövlətlərarası münasibətlərdə şəxsiyyət amili müstəsna rol oynayır. 44 günlük Vətən Müharibəsində Azərbaycana qarşı çıxanlar, təzyiq edənlər bu gün Prezidentimiz İlham Əliyevə yaxınlaşıb, əlini sıxmaq istəyirlər. Belə görüntüləri izləmək diplomatiya tariximizin qürurverici səhifəsidir və millətimizə başucalığı gətirir”.

Aygün