Tənzilə Rüstəmxanlı: "Bu mövzuda danışmaq istəmirəm”
Xəbər verdiyimiz kimi, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar artıq siyasi partiyalar və müstəqil namizədlər öz iştiraklarını açıqlayırlar.
TNS xəbər verir ki, parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı demokrat.az-ın sualını cavablandıran “Azəri-Türk Qadınlar Birliyi”nin sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı hələ ki belə bir adım atmadığını deyib:
“Mən bu suala cavab vermək istəmirəm. Bu məsələni müzakirə etmək hələ çox tezdir. Mən hələ ki elə bir addım atmamışam. Elə bir fikrim olsa, biləcəksiniz. Bu mənim və ailəmizin şəxsi işidir. Sabir bəy cəmiyyətdə sevilən bir deputatdır. Sabir bəy bu millətə, vətənə çox gözəl xidmət edib. Sadəcə millət vəkili olaraq deyil, o, həm də bu millətin nəhəng daşlarından biridir. Ümumiyyətlə, seçkilərlə bağlı bu mövzuda danışmaq istəmirəm”.