Close

Azərbaycan ŞƏT-ə üzv ola bilər - Ölkəmiz Orta Dəhlizdə ən strateji və vacib coğrafi mövqedədir

“Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etməsi çox mühüm əhəmiyyət kəsb edir”.

Bunu TNS-ə sabiq deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ŞƏT-in Avroasiyada təhlükəsizliyin təmin olunması istiqamətində atdığı addımlar böyük əhəmiyyət daşıyır.

“Çini Avropa ilə birləşdirən Orta Dəhlizdə Azərbaycan ən strateji, ən vacib coğrafi, geosiyasi mövqedədir. Bu da ölkəmizə bütün dünyada marağın artmasının ən önəmli səbəblərindədir”, - deyə o əlavə edib.

Arzu Nağıyev xatırladıb ki, ŞƏT-in sədrliyi Qazaxıstandan Çinə keçir: “Cənab Prezident İlham Əliyevlə Çin lideri Si Cinpinin görüşünün önəminə diqqət yetirmək istəyərdim. Bu görüşdə gələcəkdə Azərbaycanın ŞƏT-də təmsilçiliyi barədə müzakirə aparıldı, Cənab Prezidentin Çinə, Çin lideri Azərbaycana dəvət edildi. Bu gün Çin dünyada iqtisadi, hərbi baxımdan hegomonluq edən böyük bir dövlətdir. Çinlə bütün dünyanın aparıcı dövlətləri razılaşır. Bu qədər güclü bir dövlətin Azərbaycanı tərəfdaş kimi qəbul etməsi mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu da cənab Prezidentin apardığı siyasətin nəticəsində mümkün olub”.

arzunaqiyev

Arzu Nağıyevin sözlərinə görə, tədbirdə bir daha mesaj verilib ki, Azərbaycan dünyada enerji təhlükəsizliyinə təhdidin qarşısını almağa qadir bir dövlətdir: “Orta Dəhlizdə Azərbaycanın rolu, enerji təhlükəsizliyinə verdiyi töhfələr, COP29-la bağlı atılan addımlar yüksək qiymətləndirilir”.

O, Zirvə toplantısında Belarusun da ŞƏT-ə üzv olduğunu deyib: “Məlumdur ki, Avropada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi Belarusa da ciddi təsir edib. Belarusun çox böyük iqtisadi, hərbi potensialı var. Bu dövlətin üzv qəbul edilməsi ŞƏT-i gücləndirməklə yanaşı, həm də Belarusun özünə də bir təminat kimi dəyərləndirilməlidir. Azərbaycan-Belarus münasiblətləri də hazırda yüksək səviyyədədir. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın ŞƏT-lə istər üzv, istər müşahidəçi statusunda əməkdaşlıq etməsi çox müsbət bir hal kimi dəyərləndirilməlidir”.