Close

21:48
28 Sentyabr 2024

Yalnız ağıllı sərkərdənin qurduğu ordu qalib gələ bilər

Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, ordunun gücü onun kəmiyyət deyil, keyfiyyət parametrləri ilə müəyyən olunur.

Ruh yüksəkliyi olmayan ordu heç bir savaşda qalib gələ bilməz. Azərbaycan dövləti məhz qalib Ordu qurdu və bu Ordu 44+1 gündə 50 milyonluq azərbaycanlının 30 illik Qarabağ həsrətinə son qoydu!

Bu Ordu necə yaradıldı, onu bu zirvəyə kim yüksəltdi? Dünya tarixində sərkərdəsiz qalib ordu olubmu? Tarixdə mövcud olmuş bütün qalib orduların başında ağıllı sərkərdələr dayanıb. Yalnız ağıllı sərkərdənin qurduğu ordu qalib gələ bilər.

Tarixin möhür vurduğu bu aksiomu təhrif etməyə isə ancaq əbləhlər cəhd edər.

Azərbaycanın dünyaya səs salan qalib Ordusu da bilavasitə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qurulub yaradıldı. Onun bu yoldakı səyləri, Onun bu yoldakı ağıllı seçimləri olmasaydı, belə bir Ordu yaradıla bilərdimi? Əsla!

İçimizdə və xaricdə oturub bunun əksini söyləyən zavallılar, nə qədər bədbəxt bir zümrəsiniz ki, kirli maraqlarınız naminə dünya tarixinin möhür vurduğu səhifələri belə ayaqlamaqdan çəkinmirsiniz! Yazıqlar olsun, sizə...

Xalqın həqiqəti olduğu kimi dəyərləndirməyi bacaran tərəzi gözünü sizin kimi boşboğazlar reallıqdan yayındıra bilməz! Siz o qədər yazıq bir durumdasınınz ki, özünüzü belə görə bilmirsiniz.

Sizdən İlham Əliyevə müxalifət olarmı?

Sizin müxaliflik potensialınız heç vaxt olmayıb və indi də sıfırdan aşağı səviyyədədir. Ancaq nə edəsən ki, cırıldaya-cırıldaya olsa da, qara yaxmaq peşənizdən əl çəkmək istəmirsiniz.

Bilirsiniz, nədən bu yolu ikiəlli tutmusunuz? Onu buraxsanız, Qərbdən verilən yalınız kəsiləcək və siz tarixin zibilliyinə qovuşacaqsınız. Bu səbəbdən nə yolla olursa-olsun, bütün gücünüzlə bu qarayaxmaların yaxasından yapışıb qalmısınız!

Azərbaycan xalqı öz qəhrəmanlarını da, düşmənlərini də çox yaxşı tanıyır və heç şübhəniz olmasın ki, bu xalq sizin kimilərə cəmiyyətin tör-töküntüsü kimi baxır. Hər bir cəmiyyətin tör-töküntüsü olur. Siz də Azərbaycan cəmiyyətinin tör-töküntülərisiniz. Nə danışırsınız, danışın! Bu xalq onu sizin kimi boşboğazların yetirdiyi məğlub xalq statusundan Qalib Xalq statusuna ucaltmış bir Ali Baş Komandanı daim başı üzərində saxlayıb, qoruyacaq!

Siz isə Qərbin yalı ilə yallanıb, boşboğazlıq etməkdə davam edin...

Fikrət Yusifov,

professor