Close

“Hibrid savaşların narkotik üzü” adlı ictimai müzakirə keçirilib - VİDEO

İyunun 24-də “Prime TV Azerbaijan” internet televiziyasının, Stopnarkotik.az saytının və bloger Nail Kəmərlinin təşkilatçılığı ilə Marriott Boulevard Hoteldə “Hibrid savaşların narkotik üzü” adlı ictimai müzakirə keçirilib.

TNS xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, partiya sədrləri, insan haqları müdafiəçiləri, media və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Tədbirə Türkiyədən 44 qeyri-hökumət təşkilatının qurucu başqanı Monik İpəkəlin rəhbərik etdiyi, həkimlərdən və iş adamlarından ibarət heyət də qatılıb.

Tədbiri Prime TV-nin rəhbəri Aygün Muradxanlı açıb.

Azərbaycanda narkotik dövriyyəsi və onunla mübarizə tədbirləri haqqında eyni adlı film nümayiş etdirilib. Prime TV-nin hazırladığı və rəsmi statistikaya əsaslanan filmdə Azərbaycana narkotiklərin əsasən İran İslam Respublikasından gətirildiyi, 2020-ci ilin Qarabağ Zəfərindən sonra problemin daha da dərinləşdiyi, ölkədə cinayətkarlıq faizində ciddi artıma səbəb olduğu xüsusi vurğulanır.

Sonra tədbir iştirakçıları Azərbaycanda narkomaniyanın genişlənməsi, özəlliklə sintetik psixotrop maddələrin sürətlə artması və onunla mübarizə tədbirlərilə bağlı fikir mübadiləri aparıblar.

“Hibrid savaşların narkotik üzü” adlı ictimai müzakirənin geniş videomaterialını təqdim edirik.

1c6df8a0-27a6-4469-b201-e5f327b7ca4c

c8064225-b6e4-4e48-94c1-a0159f548132

ce92bd87-3d5d-4243-b51d-b8075b22561b

7c3dba6b-d54b-4ea4-9691-1baaf0abdc6e

6b279903-d0a4-46dd-aa53-e310aa38a498

271676ff-a631-482c-b155-0e3726919435

008d16cd-e017-4cd1-87db-eccb07eb73a0

495857f1-a701-484f-8687-f36b95461164

c8b563c7-98ec-4ae8-8f60-4e4d271545e0