“501 nömrəli hücrə” - Rusların ölüm hökmü çıxardığı azərbaycanlı zabitə Türkiyədə həsr olunan film - VİDEO

Son günlər sosial şəbəkələrdə 1967-ci Türkiyədə çəkilmiş bir filmdən qısa epizod paylaşılır.
TNS xəbər verir ki, həmin epizodda Azərbaycanın üçrəngli bayrağı divardan asılıb. Azərbaycanın Dövlət Himni fon musiqisi kimi səsləndirilir.
TNS izləyicilərin marağına səbəb olan film haqqında qısa araşdırma aparıb.
Məlum olub ki, “501 nömrəli hücrə” (501 numaralı hücre) adlı film 1967-ci ildə hərbi sahə üzrə mütəxəssisləşmiş rejissor Nusret Eraslan tərəfindən çəkilib. Filmin baş rollarının ifaçıları Cüneyt Gökçer və Ayten Gökçerdir. Ekran işində Tekin Akmansoy, Gülşen Alnıaçık, Bozkurt Kuruç, Semih Sergen və digərləri müxəlif obrazları canlandırırlar.
Film 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra təqiblərə, işgəncələrə məruz qalan azərbaycanlı zabitin həyatından bəhs edir. Heç bir günahı olmadığı halda haqqında ölüm hökmü çıxarılan zabit çətinliklə olsa da, Türkiyəyə qaçmağı bacarır və mübarizəsini orada davam etdirir.
Filmin tam versiyasını təqdim edirik: