Close

Ağdərə rayonunun yaradılması ilə bağlı layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib

Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

TNS xəbər verir ki, parlamentin Regional məsələlər komitəsinin noyabrın 27-də keçirilən iclasında "Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar layihə barədə fikirlərini bildiriblər.

Müzakirələrdən sonra yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.