Close

Bunun adı siyasi əxlaqsızlıqdır – Belə getsə, diktator Kərimli AXCP-də tək qalacaq

Bir siyasi lider demokratiyadan, söz azadlığından, azad seçkilərdən danışırsa, deməli  o, bu dəyərlərin ən azından rəhbərlik etdiyi siyasi partiyada qorunmasını təmin etməlidir. Yox əgər siyasi lider rəhbərlik etdiyi partiyada tiranlıq edirsə, tənqidi fikir söyləyənıləri gözümçıxdıya salıb, partiya sıralarındn uzaqlaşdırırsa, o, hansı haqla hakimiyyəti ölkədə demokratiyanın, söz azadlığının olmamasında ittiham edə bilər? Əgər o bunu edirsə, deməli, bunun adı sadəcə siyasi əxlaqsızlıqdır.

AXCP sədri Əli Kərimli illərdir, hakimiyyəti ölkədə demokratik dəyərlərə, söz, seçki azadlığına əməl olunmamaqda ittiham edir. Bu adamdan soruşan yoxdur ki, bəs başqasından tələb etdiyin bu demokratik dəyərlərə sənin rəhbərlik etdiyin partiyada əməl olunmurmu? Xeyir, olunmur, olunsaydı, adi tənqidi fikirlərə görə partiyanın üzvləri onun sıralarını davamlı tərk etməzdilər.

Əldə etdiyimiz məlumatlara görə, AXCP-də əsl diktatura abu-havası mövcuddur. Bir sözlə, bu partiyada heç kim partiyanın rəhbərini tənqid edə bilməz. Yox əgər kimsə buna cürət edirsə, o dəqiqə Əli Kərimlinin düşməninə çevilir və sədr onu ən qısa vaxtda partiya sıralarından uzaqlaşdırır. Bir çox hallarda isə partiyada kök salmış bu diktatura rejimindən bezənlər özləri istefa verirlər. Bəziləri isə partiyanın idarəçiliyində şəffaflığın olmaması, maliyyə məsələlərinin pərdə arxasında gizlədilməsi kimi hallara etiraz əlaməti olaraq partiya sıralarını tərk edirlər.

Bu günlərdə AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə də partiyadan istefa verib. Məlumatlara görə, Seymur Əhmədzadə ilə Əli Kərimli arasında bəzi məsələlərlə bağlı ciddi fikir ayrılığı olub. Partiya sədrinin ikibaşlı oyunları Seymur Əhmədzadə kimi gənci hiddətləndirib və o, buna etirazını bildirib. Partiyanın bir çox gənc üzvləri AXCP-nin son qurultayında Əli Kərimlinin dirijorluğu ilə düzənlənən şoudan sonra partiyanın  sıralarını tərk etmək istəyirlər.

Bir sözlə, AXCP mətbəxində diktatura rejimi yaratmış Əli Kərimlinin demokratiyanı öyrətməyə yox, onu öyrənməyə böyük ehtiyacı var...

Fikrət Yusifov,

professor