Əfqan Cəlilov yeni vəzifəyə təyin olundu
500
19:48 - 31 Oktyabr 2023

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov vəzifəsindən azad edilib.
TNS xəbər verir ki, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.
Əfqan Cəlilova müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə edilib.
Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.