Close

Xankəndidə idarəetmə necə olacaq?- Millət vəkillərindən açıqlama

Məlum olduğu kimi Xankəndi, Xocalı, Xocacənd, Ağdərə və digər yaşayış məntəqələrində Azərbaycanın hüquq-mühafizə orqanları fəaliyyət göstərir.
Nəzərə alsaq ki, bütün işğaldan azad olunmuş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəlikləri mövcuddur. O zaman Xankəndi şəhərinin inzibati idarə olunması necə olacaq? Həmçinin müəyyən sayda erməni əsilli sakinlərin yaşayacağı bu şəhərdə yeni idarəetmə sistemi yaradıla bilərmi?

Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə TNS-ə açıqlamasında bildirib ki, separatçı rejim ləğv edildikdən sonra Xankəndi də təbii olaraq Azərbaycanın hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Həmin ərazidə demək olar ki, bütün sosial xidmətlər göstərilməyə başlayıb. Bölgədə yaşayan sakinlər və xidmət aparan dövlət qurumlarının nümayəndələri artıq dövlətimizin qayğısını hiss edirlər.

Izobrazenie_WhatsApp_2023-10-03_v_12-29-28_f37231e0

Millət vəkili deyib ki, işğaldan azad olunmuş ərazilərimizdə idarəetmə məsələləri zamanla həll olunur. Hazırda cəmi 2 həftəyə yaxındır ki, Xankəndi və ətraf rayonlar separatçıların nəzarətindən çıxarılıb. İndiki vəziyyətdə orada qanunsuz silahların yığılması və təhlükəsizlik məsələləri ilə bağlı proseslər gedir.

"Bütün bu proseslər yekunlaşdıqdan sonra bölgədə Azərbaycan Konstitusiyasına uyğun olaraq növbəti addımlar atılacaq. Eyni zamanda da Azərbaycan Respublikasının Prezident Administrasiyasının verdiyi məlumata görə hal - hazırda Xankəndi və ətraf ərazilərdə idarəetmə Prezidentin xüsusi nümayəndəliyi tərəfindən həyata keçirilir"- deyə deputat qeyd edib.

Arzujpg-728x440

Millət vəkili Arzu Nağıyev isə bildirib ki, bütün infrastrukturların, eyni zamanda idarəçiliyin bərpa olunması mərhələli şəkildə həyata keçirilməlidir.

Onun sözlərinə görə, ilk növbədə hüquq mühafizə orqanları və ordu öz funksiyaların yerinə yetirməlidir ki, orada gizlədilmiş, basdırılmış minalar, müxtəlif partlayıcı maddələr təmizlənsin, məhz ondan sonra digər qurumların işi bərpa olunsun.

“Artıq reinteqrasiya məsələri ilə bağlı Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiə Nairliyi işə başlayıb. Düşünürəm ki, sülhməramlı qüvvələrlə birlikdə tam şəkildə bütün hazırlıq prosesi həyata keçirildikdən sonra başqa qurumlar da, idarəçilik də öz yerini tutacaq. Digər ərazilərimizdə necə bərpa işlərindən sonra qurumlar öz funksiyalarını yerinə yetirməyə başlayırlarsa, Xankəndidə də mərhələli şəkildə bu proses həllini tapacaq”,- Arzu Nağıyev əlavə edib.

Bünyamin Bünyadzadə